Turizm şirkətinin satış menecerinin məhkəməsi başlayır

Hadisə
  • 18 mart, 2021
  • 06:46
Turizm şirkətinin satış menecerinin məhkəməsi başlayır

"İn Travel" turizm şirkətinin mənimsəmə və dələduzluqda ittiham edilən satış meneceri Nərgiz Məmmədovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“Report”un əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim İradə Həsənzadənin icraatında olan iş üzrə hazırlıq iclası martın 19-a təyin edilib.

Qeyd edək ki, N.Məmmədova satış meneceri işlədiyi turizm şirkətinin müştərilərindən xarici ölkələrə tur-paketlər satmaq adı ilə pul alıb.

Ancaq müştərilər paketin saxta olmasının şahidi olub, nə təyyarə bileti, nə də otel bronu alınmadığı üçün şirkətə müraciət ediblər.

N.Məmmədovaya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib. İş üzrə "İn Travel" MMC və şirkətin müştəriləri zərərçəkmiş qismində tanınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti