Tovuzda zəncirvari avtomobil qəzası olub - FOTO - VİDEO

Hadisə
  • 24 aprel, 2019
  • 13:21
Tovuzda zəncirvari avtomobil qəzası olub - FOTO - VİDEO

Video əlavə olunub.


*** 15:41

Tovuz rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, "VAZ-21011", "VAZ-2107" və "Hyundai" markalı yük maşınları toqquşub. Qəza zamanı yaralananların olduğu bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansityasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.

Tovuzda zəncirvari avtomobil qəzası olub - FOTO - VİDEO