Tovuzda yol qəzası olub, yaralananlar var - YENİLƏNİB

Tovuzda yol qəzası olub, yaralananlar var - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Noyabr , 2017 15:47
Tovuzda yol qəzası olub, yaralananlar var - YENİLƏNİB
Report

Tovuz. 24 noyabr. REPORT.AZ/ Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, Hadisə nəticəsində üç nəfər - 1960-cı il təvəllüdlü Elçin Əkbər oğlu Əhmədov, 1977-ci il təvəllüdlü Şahin Mamed oğlu Əliyev və 1978-ci il təvəllüdlü Sabir İslam oğlu Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.


***15:23

Tovuz. 24 noyabr. REPORT.AZ/ Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarqulu kəndində qeydə alınıb.

Hadisə nəticəsində üç nəfər ağır bədən xəsarətləri alıb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi