Tovuzda usta damdan yıxılaraq ağır xəsarət alıb

Tovuzda usta damdan yıxılaraq ağır xəsarət alıb Tovuzda hündürlükdən yıxılan kişi ağır xəsarət alıb.
Hadisə
27 May , 2019 21:51
Tovuzda usta damdan yıxılaraq ağır xəsarət alıb

Tovuzda hündürlükdən yıxılan kişi ağır xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, evin damında təmir işləri aparan usta ehtiyatsızlıqdan yerə düşüb. Ağır bədən xəsarətləri alan Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini,1964-cu il təvəllüdlü Şahvələd Əliyev öncə Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

İlkin tibbi yardım aldıqdan sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi