Yuxarı
    Bağlamaq

    Tovuzda sahibsiz itlər 4 baş qoyunu parçalayıb - FOTO

    Hadisə rayonun Əlibəyli kəndində baş verib

    Tovuz. 12 mart. REPORT.AZ/ Tovuz rayonunda sahibsiz itlər 4 baş qoyunu parçalayıb.

    “Report”un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində baş verib.

    Fərzalı İsgəndərovun xırdabuynuzlu heyvanları örüşdən qayıdarkən itlərin hücumuna məruz qalıb. Quduz itlər heyvanlardan 3-nü yaralayıb, 1-ni isə parçalayaraq öldürüb.

    Zərərçəkənin sözlərinə görə, quduzlaşmış itlərin sayı kənddə günbəgün artır. Təhlükə mənbəyinə çevrilən canlılar azyaşlı uşaqların oyun meydançasında daha çox gözə çarpdığından bu məsələ sakinləri ciddi narahat edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi