Tovuzda toy zamanı dava düşüb, bir nəfər bıçaqlanıb - YENİLƏNİB

Tovuzda toy zamanı dava düşüb, bir nəfər bıçaqlanıb - YENİLƏNİB Yaralı əməliyyat olunub
Hadisə
18 İyun , 2017 00:27
Tovuzda toy zamanı dava düşüb, bir nəfər bıçaqlanıb - YENİLƏNİB
Courtesy İmage

Tovuz. 18 iyun. REPORT.AZ/ Tovuzda toy mərasimi zamanı sərxoş gənclər arasında, hələ ki, bilinməyən səbəbdən dava düşüb.

Tovuz rayon Polis şöbəsindən "Report"a verilən məlumata görə, bu zaman onlardan biri bıçaqla Sürət Məmmədova xəsarət yetirib.

***


Tovuz rayonunda bir nəfərin bıçaqlanması, bir neçə nəfərin isə xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində baş qeydə alınıb.

Bir qrup şəxs arasında dava zamanı rayon sakini, 1993-cü il təvəllüdlü Məmmədov Sürət Vəkil oğlu kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan yaralının vəziyyəti orta-ağırdır. Əlbəyaxa dava zamanı, həmçinin bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mübahisənin səbəbi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi