Tovuzda gənc oğlan özünü asıb - YENİLƏNİB

Tovuzda gənc oğlan özünü asıb - YENİLƏNİB Tovuz rayonun Aşağı Öysüzlü kəndində özünü yaşadığı evin həyətindəki yarımtikilidə kəndirlə asaraq intihar edən gənc oğlanın şəxsiyyəti məlum olub.
Hadisə
25 İyun , 2019 08:36
Tovuzda gənc oğlan özünü asıb - YENİLƏNİB

Tovuz rayonun Aşağı Öysüzlü kəndində özünü yaşadığı evin həyətindəki yarımtikilidə kəndirlə asaraq intihar edən gənc oğlanın şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, bu, həmin kəndin sakini, 1990-cı il təvəllüdlü Ramin Ələsgərli olub. 

Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. R.Ələsgərlinin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qazax rayon şöbəsinə yerləşdirilib. 


*** 07:23

Tovuz rayonunda intihar hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayon Aşağı Öysüzlü kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, hələlik şəxsiyyəti məlum olmayan gənc oğlan özünü yaşadığı evin həyətindəki yarımtikilidə kəndirlə asaraq intihar edib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Əraziyə baxış keçirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi