Tovuzda bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub - FOTO - YENİLƏNİB

Tovuzda bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub - FOTO - YENİLƏNİB Tovuz. 12 sentyabr. REPORT.AZ/ Tovuz rayonunda baş vermiş bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.
Hadisə
12 Sentyabr , 2018 22:02
Tovuzda bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub - FOTO - YENİLƏNİB
Report

Tovuz. 12 sentyabr. REPORT.AZ/ Tovuz rayonunda baş vermiş bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun 1976-cı il təvəllüdlü Alakol kənd sakini Məmmədov Azər Aqil oğlu əslən Şəmkir rayonundan olan Elşən Ələsgərovla mübahisə edib.

Nəticədə tərəflər arasında dava düşüb. Bu zaman E.Ələsgərov döyülərək müxtəlif bədən xəsarətləri alıb. Lakin o, evdən bıçaq götürərək yenidən A.Məmmədovun yanına qayıdıb və onu bıçaqlayıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan A.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir. E.Ələsgərovun vəziyyəti isə orta-ağırdır.

Hadisənin hansı səbəbdən baş verdiyi Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.

***20:48

Tovuz. 12 sentyabr. REPORT.AZ/ Tovuz rayonunda bıçaqlanan şəxsin adı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, bu, rayon sakini, 1976-cı il təvəllüdlü Azər Aqil oğlu Məmmədov naməlum şəraitdə bıçaqlanaraq ağır xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


***19:53

Tovuz. 12 sentyabr. REPORT.AZ/ Tovuz rayonunda orta yaşlı kişi bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Alakol kəndi ərazisində baş verib.

Belə ki, kənd sakinləri tərəfindən yolun kənarında orta yaşlı kişi bıçalanımış və huşsuz vəziyyətdə aşkar edilib. Yaralı dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırlıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanalrının əməkdaşları cəlb edilib. 

Hadisənin kim təfəfindən törədilməsi və hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi