Tovuzda avtomobil qəzası baş verib, yaralılar var

Tovuzda avtomobil qəzası baş verib, yaralılar var Hadisə zamanı 2 nəfər xəsarət alıb
Hadisə
25 Fevral , 2018 23:18
Tovuzda avtomobil qəzası baş verib, yaralılar var

Tovuz. 25 fevral. REPORT.AZ/ Tovuz rayonunda avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhər ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2103" markalı avtomobillə "VAZ-2107" markalı avtomobil toqquşub. Qəza nəticəsində "VAZ-2103" markalı avtomobilin sürücüsü, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Cavanşır Cahangir oğlu Yusibov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirlir. 

Hadisə zamanı digər avtomobilin sürücüsü də xəsarət alıb. Lakin o, hadisə yerindən uzaqlaşıb. Şahidlərin sözlərinə görə, qaçan sürücü sərxoş imiş. O, avtomobilini digər maşına çırpıb, daha sonra isə hadisə yerindən uzaqlaşıb.

Son xəbərlər

Orphus sistemi