Yuxarı

​Tovuzda avtomobil piyadanı vurub - FOTO

Piyadanın vəziyyətinin kafi olduğu bildirilir

Bakı. 10 may. REPORT.AZ/ Tovuzda piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında Tovuz -Əlibəyli avtomobil yolunda qeydə alınıb.

Naməlum avtomobil Əlibəyli kənd sakini Zirəddin Abdıyevi vurub. Müxtəlif bədən xəsarətləri alan zərərçəkən yaxınlarının köməy ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Piyadanın vəziyyətinin kafi olduğu bildirilir. Tovuz rayon Polis Şöbəsi hadisəni törədəni axtarır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi