Tovuzda ananın azyaşlı övladını küçəyə atması ilə bağlı araşdırmalara başlanılıb

Tovuzda ananın azyaşlı övladını küçəyə atması ilə bağlı araşdırmalara başlanılıb Polis Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı araşdırmalara başlayıb.
Hadisə
23 Noyabr , 2021 09:34
Tovuzda ananın azyaşlı övladını küçəyə atması ilə bağlı araşdırmalara başlanılıb

Polis Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Gəncə şəhər regional qrupdan məlumat verilib.

Bildirilib ki, məsələ polis nəzarətinə götürülüb və aparılan araşdırmalar nəticəsində hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı foto paylaşılıb.

Məlumata görə, foto rayonun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkilib.

Son xəbərlər

Orphus sistemi