Tovuzda 49 yaşlı kişi göldə batıb - YENİLƏNİB
- 17 sentyabr, 2018
- 11:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 17 sentyabr. REPORT.AZ/ Tovuz rayonunda göldə batan şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, rayonun Əyyublu kəndindəki göldə batdığı ehtimal olunan 1969-cu il təvəllüdlü Orucov Hamlet Paşa oğlunun axtarışları başa çatıb.
H.Orucovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
*** 13:44
Tovuz rayonunda 49 yaşlı kişi göldə batıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1969-cu il təvəllüdlü Orucov Hamlet Paşa oğlunun Tovuz rayonunun Əyyublu kəndindəki göldə batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Axtarış tədbirləri barədə əlavə məlumat veriləcək.