Tovuzda 39 yaşlı kişinin boğazı kəsilib

Tovuzda 39 yaşlı kişinin boğazı kəsilib Hadisə mərkəzi bazarın yanında baş verib
Hadisə
2 Mart , 2017 21:48
Tovuzda 39 yaşlı kişinin boğazı kəsilib

Tovuz. 2 mart. REPORT.AZ/ Tovuz rayonunda 39 yaşlı yerli sakinin boğazı kəsilib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında mərkəzi bazarın yanında baş verib.

Rayon sakini, 1978-ci il təvəllüdlü Məmmədov Samir Məmməd oğlu hələki bilinməyən səbəblərdən boğazı bıçaqla kəsilmiş halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı dərhal həkimlər tərəfindən əməliyyat olunub. Hazırda xəstənin vəziyyəti ağırdır. Yaralını gətirənlərin sözlərinə görə o, özü-özünə xəsarət yetirib.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi