Tovuzda bir nəfəri elektrik cərəyanı vurub

Hadisə
  • 17 iyun, 2020
  • 15:50
Tovuzda bir nəfəri elektrik cərəyanı vurub

Tovuz rayonunda yerli sakini elektrik cərəyanı vurub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Rayonun Abulbəyli kənd sakini, 1993-cü il təvəllüdlü Tacəddin Həsənov iş görən zaman onu elektik cərəyanı vuraraq öldürüb. Hadisənin təfərrüatı araşdırılır.