Tovuz sakinini Şəmkirdə avtomobil vuraraq öldürüb 

Tovuz sakinini Şəmkirdə avtomobil vuraraq öldürüb  Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
5 Oktyabr , 2022 07:55
Tovuz sakinini Şəmkirdə avtomobil vuraraq öldürüb 

Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir rayon Zəyəm-Cırdaxan kəndində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən piyada - Tovuz rayon sakini,1984-cü il təvəllüdlü R.Məhərrəmovu "VAZ-2107" markalı avtomobil vurub.

Müxtəlif bədən xəsarətləri alan piyada hadisəni törətməkdə şübhəli bilinən sürücü tərəfindən xəstəxanaya aparılıb.

Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi