Torpaq satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Torpaq satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub O, 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
31 Oktyabr , 2018 17:53
Torpaq satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 31 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində torpaq satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən Vəsait Məlikovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında V.Məlikovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, zərərçəkmişlərin şikayəti əsasında saxlanılan V.Məlikovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

O, torpaq alıb-satmaq adı ilə, ümumilikdə, 800 min manatlıq dələduzluq edib.

Son xəbərlər

Orphus sistemi