Prokuror torpaq satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə cəza istəyib

Prokuror torpaq satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə cəza istəyib Prosesdə məhkəmə istintaqı başa çatıb
Hadisə
3 Oktyabr , 2018 18:00
Prokuror torpaq satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə cəza istəyib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində torpaq satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən Vəsait Məlikovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışında V.Məlikovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib.

Qeyd edək ki, zərərçəkmişlərin şikayəti əsasında saxlanan V.Məlikovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi