​Tofiq Bəhramov adına Respublika stadionunda bədbəxt hadisə baş verib

​Tofiq Bəhramov adına Respublika stadionunda bədbəxt hadisə baş verib Hadisə nəticəsində bir nəfər xəsarət alıb
Hadisə
6 Noyabr , 2014 21:34

Bakı. 6 noyabr. REPORT.AZ/ Tofiq Bəhramov adına Respublika stadionunda bədbəxt hadisə baş verib. 

"Report"un məlumatına görə, stadionun 11 saylı darvazasının azarkeşlərin üstünə aşması nəticəsində 1 nəfər xəsarət alıb.

1995-ci il təvəllüdlü Samir Mirzəyev təcili olaraq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

Qeyd edək ki, bu gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycanın "Qarabağ" klubu Respublika stadionunda Ukraynanın "Dnepr" kollektivini qəbul edir.

Son xəbərlər

Orphus sistemi