Təyyarədə həlak olan bələdçinin qohumu: Hökümə Əliyevanın nəşi bu gün təhvil veriləcək

Təyyarədə həlak olan bələdçinin qohumu: Hökümə Əliyevanın nəşi bu gün təhvil veriləcək Aktauda dekabrın 25-də AZAL-a məxsus qəzaya uğrayan təyyarənin bələdçisi üzvü Hökümə Əliyevanın nəşi bu gün təhvil veriləcək.
Hadisə
26 Dekabr , 2024 13:47
Təyyarədə həlak olan bələdçinin qohumu: Hökümə Əliyevanın nəşi bu gün təhvil veriləcək
Aysel Abdullayeva

Aktauda dekabrın 25-də AZAL-a məxsus qəzaya uğrayan təyyarənin bələdçisi Hökümə Əliyevanın nəşi bu gün təhvil veriləcək.

"Report" xəbər verir ki, bu sözləri Hökümə Əliyevanın xalası qızı Aysel Abdullayeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Hökümə ilə axırıncı dəfə nə vaxt danışdığını xatırlamır:

"Bizə verilən məlumata görə, bu gün onun nəşi təhvil veriləcək. Hadisədən xəbərim yox idi. Təsadüfən zəng etdim cavab vermədi. Sonradan öyrəndim ki, rəhmətə gedib. Qardaşına deyiblər ki, bu gün 12-dən sonra təhvil veriləcək. Qapalı qız idi, işi ilə bağlı heçnə danışmazdı".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Son xəbərlər

Orphus sistemi