Tərtərə gəlin köçən 17 yaşlı qızın toyu polis müdaxiləsilə dayandırıldı

Tərtərə gəlin köçən 17 yaşlı qızın toyu polis müdaxiləsilə dayandırıldı Qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb
Hadisə
385
31 Mart , 2021 17:53
Tərtərə gəlin köçən 17 yaşlı qızın toyu polis müdaxiləsilə dayandırıldı
0 : 00
0 : 00

Bakıdan Tərtər rayonuna gəlin köçən 17 yaşlı qızın toy mərasimi polis müdaxiləsi ilə dayandırılıb.

"Report"un əldə etdiyi məlumata görə, ailə qurmaq üçün rayona aparılan qız barədə polisə daxil olan məlumat üzrə keçirilən təxirəsalınmaz tədbirlərlə toy mərasiminin qarşısı alınaraq qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Bakıdan rayona ezam olunan polis əməkdaşları rayondakı həmkarları ilə birgə mərasimi təşkil edən qızın ailə üzvlərini və qohumlarının dairəsini müəyyən edərək onları məsuliyyətə cəlb ediblər.

Qızın təhlükəsizliyi təmin olunmaqla hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

Məlumatı DİN Mətbuat xidmətindən "Report"a təsdiqləyiblər.

Son xəbərlər

Orphus sistemi