Tərtərdən Qazaxa gedərkən yolda itkin düşən qadın tapılıb - FOTO

Tərtərdən Qazaxa gedərkən yolda itkin düşən qadın tapılıb - FOTO Tərtər. 19. Avqust. REPORT.AZ./ Avqustun 7-də Tərtər rayonundan avtobusla Qazaxa gedərkən yolda naməlum şəraitdə itkin düşən qadın tapılıb.
Hadisə
19 Avqust , 2018 11:54
Tərtərdən Qazaxa gedərkən yolda itkin düşən qadın tapılıb - FOTO

Tərtər. 19. Avqust. REPORT.AZ./ Avqustun 7-də Tərtər rayonundan avtobusla Qazaxa gedərkən yolda naməlum şəraitdə itkin düşən qadın tapılıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, 1989 -cu il təvəllüdlü Hüseynova Könül Pünhan qızı yolda avtobusdan düşərək mağazaya getdiyini deyib, lakin geri qayıtmayıb.

Yaxınlarının bildirdiyinə görə, qadının itkin düşməsi barədə xəbəri "Report" İA-dan oxuyan şəxs onun Bərdə rayonunda olduğunu polisə məlumat verib. Rayon Polis şöbəsinin əməkdaşları qadını taparaq ailəsinə təhvil veriblər.

Qadının ruhi xəstə olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi