Tərtərdə yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı iki maddə ilə cinayət işi başlanıb

Tərtərdə yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı iki maddə ilə cinayət işi başlanıb Bakı. 30 noyabr. REPORT.AZ/ Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı cinayət işi başlanıb.
Hadisə
30 Noyabr , 2018 16:37
Tərtərdə yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı iki maddə ilə cinayət işi başlanıb
Report

Bakı. 30 noyabr. REPORT.AZ/ Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı cinayət işi başlanıb.

“Report”un məlumatına görə, faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək-mühafizə qaydalarını pozma) və 223.1-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, ötən gün rayonun Qaradağlı kəndi ərazisində yerləşən 24 yaşlı Təbriz Surxayzadəyə məxsus PAT OİL yanacaqdoldurma məntəqəsində 60 tonluq benzin çəninə yanacaq doldurulan zaman yanğın baş verib.

Nəticədə orada operator işləyən Əsgər Məmmədov və Seymur Rzayev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Hafiz Heydərov

Son xəbərlər

Orphus sistemi