Tərtərdə yanacaqdoldurma məntəqəsindəki partlayışda yaralananların adları məlum olub - FOTO - VIDEO - YENİLƏNİB-2

Tərtərdə yanacaqdoldurma məntəqəsindəki partlayışda yaralananların adları məlum olub - FOTO - VIDEO - YENİLƏNİB-2 Video əlavə edilib
Hadisə
29 Noyabr , 2018 16:54
Tərtərdə yanacaqdoldurma məntəqəsindəki partlayışda yaralananların adları məlum olub - FOTO - VIDEO - YENİLƏNİB-2
Report
0 : 00
0 : 00

Video əlavə edilib


***13:28

Tərtər. 29 noyabr. REPORT.AZ/ Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində yaralanan şəxslərin adları məlum olub. 

"Report"un Qarabağ bürosu xəbər verir ki, bunlar 1966-cı il təvəllüdlü Seymur Rzayev və 1995-ci il təvəllüdlü Əsgər Məmmədovdur.  

Yaralıların vəziyyəti ağır olduğundan müayinə və müalicələrinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birin göndərilib. 


*** 12:01

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.


Son xəbərlər

Orphus sistemi