Yuxarı

​Tərtərdə top mərmisi və qrad raketinin hissələri tapılıb

ANAMA Füzuli, Ağdam, Tərtər rayonlarında minadan təmizləmə işləri aparıb

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Füzuli, Ağdam, Tərtər rayonlarında aşkar olunan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

Agentlikdən "Report"a verilən məlumata görə, 4 iyun tarixində 5 ev və həyətyanı sahə, 6 əkin sahəsi, 18 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd partlamamış 122 mm-lik top mərmisi və 3 ədəd qrad raketinin mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 54 200 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Şıxarx kəndi - 4 ev və həyətyanı sahədə 6 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi aşkar edilərək götürülüb, nəticə etibarı ilə 25 500 kv. m ərazi yoxlanılıb.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları)

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 6 partlayış yerinə baxış keçirilib və 3 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılıb.

Cəmi: 5 ev və həyatyanı sahə, 12 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış 122 mm-lik top mərmisi və 3 ədəd qrad raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb və nəticə etibarilə 43 500 kv. m ərazi təmizlənib.

dam rayonu

Qaradağlı kəndi - 3 əkin sahədə 3 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 19 000 kv. m ərazi yoxlanılıb.

Cəmi: 3 əkin sahəsində və 3 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 19 000 kv. m ərazi yoxlanılıb.

zuli rayonu

Horadiz şəhəri – 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 1 700 kv. m ərazi yoxlanılıb.

Cəmi: 3 əkin sahəsi, 3 partlayış yeri aşkar edilib, nəticə etibarı ilə 1 700 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 04 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 573 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 493 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi