Tərtərdə qadının bank hesabından oğurluq edən şəxslər saxlanılıblar

Hadisə
  • 11 mart, 2019
  • 07:22
Tərtərdə qadının bank hesabından oğurluq edən şəxslər saxlanılıblar

Tərtərdə qadının bank hesabından 3416 manat çıxararaq oğurlayan şəxslər saxlanılıb.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 6-da şəhər sakini olan bir qadının bank hesabından 3416 manat çıxararaq oğurlamaqda şübhəli bilinən Qaraqoyunlu kənd sakinləri B.Məmmədov, X.Əhmədli və bir yeniyetmə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.