Tərtərdə inək yaşlı qadını vuraraq ona ağır xəsarət yetirib

Tərtərdə inək yaşlı qadını vuraraq ona ağır xəsarət yetirib Hadisə rayonunun Burunc kəndində baş verib
Hadisə
17 Yanvar , 2018 01:14
Tərtərdə inək yaşlı qadını vuraraq ona ağır xəsarət yetirib

Tərtər. 17 yanvar. REPORT.AZ/ Tərtər rayonunun Burunc kəndində 55 yaşlı qadını iribuynuzlu heyvan vurub.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə 1963-cü il təvəllüdlü kənd sakini Bayramova Kifayət Əli qızı şəxsi təsərrüfatında heyvanları yemləyərkən baş verib.

Qarın boşluğundan ciddi xəsarət alan yaralı yaxınlarının köməkliyi ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan qadın, daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilərək əməliyyat olunub. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Son xəbərlər

Orphus sistemi