Tərtərdə gənc oğlanı ilan sancıb - FOTO

Tərtərdə gənc oğlanı ilan sancıb - FOTO Tərtər rayonunun Qaradağlı kəndində yerli sakini ilan sancıb.
Hadisə
28 Avqust , 2019 00:09
Tərtərdə gənc oğlanı ilan sancıb - FOTO

Tərtər rayonunun Qaradağlı kəndində yerli sakini ilan sancıb.

"Report"un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə 1992-ci il təvəllüdlü yerli sakin Polad Əliyev meyvə bağında olan zaman baş verib.

Zərərçəkmiş yaxınları tərəfindən Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sonradan vəziyyəti ağırlaşan 27 yaşlı gənc Bakı Toksikoloji Mərkəzinə göndərilib.

Son xəbərlər

Orphus sistemi