Tərtərdə 52 yaşlı kişi itkin düşüb - FOTO

Tərtərdə 52 yaşlı kişi itkin düşüb - FOTO Tərtər rayonunda məskunlaşan məcburi köçkün itkin düşüb.
Hadisə
1 Oktyabr , 2019 22:30

Tərtər rayonunda məskunlaşan məcburi köçkün itkin düşüb.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, rayonun Çaylı qəsəbəsində müvəqqəti məskunlaşan 1967-ci il təvəllüdlü Rizvan Nəriman oğlu Mirzəliyev bir neçə gün əvvəl evdən çıxaraq geri qayıtmayıb. Bu səbəbdən qohumları onun axtarışına başlayıblar.

R.Mirzəliyevin itkin düşməsi barədə Tərtər Rayon Polis Şöbəsinə məlumat verilib. Polis şöbəsində R.Mirzəliyev barədə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi