Tərtərdə minaya düşmüş şəxsin ayağı amputasiya edilib - YENİLƏNİB

Tərtərdə minaya düşmüş şəxsin ayağı amputasiya edilib - YENİLƏNİB Daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat d
Hadisə
9 Mart , 2023 17:09
Tərtərdə minaya düşmüş şəxsin ayağı amputasiya edilib - YENİLƏNİB

Tərtərdə minaya düşmüş şəxsin ayağı amputasiya edilib.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, 2023-cü martın 9-da Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

Mina partlayışı nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəstəxanaya yerləşdirilib və sol ayağı amputasiya edilib.

ANAMA bir daha vətəndaşlara müraciət edərək məsuliyyətli davranmağa, icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmamağa çağırır.

13:47

Tərtərdə 34 yaşlı kişi minaya düşüb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub:

"Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda qeyd edilən faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma davam etdirilir".

Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən isə "Report"a bildirilib ki, mina partlayışı rayonun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə baş verib.

"Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək" - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi