Yuxarı

"Təmiz Şəhər" paytaxtdan yığılmış tullantılar arasından silah-sursat aşkar edib - FOTO

ASC-nin əməkdaşları bu gün həmin tapıntıları polisə təhvil verib

Bakı. 26 may. REPORT.AZ/ Bakıda yerləşən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iş prosesi zamanı tullantılar arasından müxtəlif silah-sursat hissələri tapılıb.

"Təmiz Şəhər" ASC-nin əməkdaşları bu gün həmin tapıntıları polisə təhvil veriblər.

ASC-dən "Report"a verilən məlumata görə, aşkar olunan təhlükəli əşyalar arasında 1 ədəd DTG-9 qumbaraatan mərmi, 1 ədəd tüstü yayıcı cihaz, 1 ədəd RQD-5 əl qumbarasının korpusu, 1 ədəd pnevmatik tapança və 769 ədəd müxtəlif çaplı patron olub.

Qeyd edək ki, paytaxtdan yığılan məişət tullantıları hər gün çeşidlənmə zavoduna təhvil verilir. Burada həmin tullantılar tərkibindəki təkrar emala yararlı materialların ayrılması üçün çeşidlənir və yenidən emal zavodlarına göndərilir. İş prosesi zamanı bəzən tullantılar arasından adi tullantı olmayan əşyalar da tapılır. Təhlükəli əşyalar aşkar edildikdə zavoda polis dəvət olunur və təhvil verilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi