TƏBİB: Partlayışda xəsarət alan daha 4 nəfər evə buraxılıb 

Hadisə
  • 03 aprel, 2022
  • 16:42
TƏBİB: Partlayışda xəsarət alan daha 4 nəfər evə buraxılıb 

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 4 nəfər xəstə də ambulator müalicə üçün evə buraxılıb.

Ümumilikdə, gün ərzində ambulator müalicə üçün 6 nəfər evə göndərilib.

Bu barədə "Report" TƏBİB-dən bildirilib.

Hazırda tibb müəssisələrində ümumilikdə, 18 nəfər müalicə alır. Onlardan 15-i TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 6-sının vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xəstələrin müayinə-müalicəsi xüsusi peşəkar həkim briqadasının intensiv nəzarəti altındadır.

Qeyd edək ki, dünən Bakıda gecə klubunda partlayış baş verib. Hadisə zamanı onlarla insan xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdiriliblər.