Suriyada Rusiya hərbçisi öldü

Hadisə
  • 12 mart, 2020
  • 09:55
Suriyada Rusiya hərbçisi öldü

Suriyanın Tartus bölgəsində Rusiya hərbçisi ölüb.

“Report” İHA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Suriyadakı Hmeymim hərbi hava bazasından patrul xidmətinə çıxan hərbi avtomobillə mikroavtobusun toqquşması nəticəsində 1 Rusiya hərbçisi ölüb, 2 mülki şəxs yaralanıb.

Nazirlik hərbçinin müqavilə əsasında xidmət etdiyini bildirib. Rusiya rəsmi dairəsi hadisənin hücum deyil, yol-nəqliyyat hadisəsi olduğunu açıqlayıb.