Yuxarı

Tanışını bıçaqlayan oğlan 8 il müddətinə azadlıqdan məhrum edilib

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən 1992-ci il təvəllüdlü Maarif Dəmirovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Dəmirov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin sentyabr ayında Nəsimi rayonunda baş verib. M.Dəmirov münaqişə zəminində tanışı 1992-ci il təvəllüdlü Etibar Mehdiyevi bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. M.Dəmirov Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi