Sumqayıt qatarına daş ataraq şüşəsini sındıranlar müəyyən olunublar

Sumqayıt qatarına daş ataraq şüşəsini sındıranlar müəyyən olunublar Aprelin 28-də Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Xırdalan dəmir yolu stansiyasının ərazisindən keçərkən qatarın yoluna daşlar düzərək real təhlükə yaradılması və hərəkətdə olan qatarın sağ yan şüşəsinə daş atılaraq sındırılması barədə polis
Hadisə
1 May , 2024 18:51
Sumqayıt qatarına daş ataraq şüşəsini sındıranlar müəyyən olunublar

Aprelin 28-də Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Xırdalan dəmir yolu stansiyasının ərazisindən keçərkən qatarın yoluna daşlar düzərək real təhlükə yaradılması və hərəkətdə olan qatarın sağ yan şüşəsinə daş atılaraq sındırılması barədə polisə məlumat daxil olub.

Bu barədə "Report"a DİN-dən bildirilib.

Qeyd edilir ki, bu hal qatarın hərəkətində gecikməyə və sərnişinlərin narahatlığına səbəb olub.

Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törədən 3 azyaşlı müəyyən olunaraq valideynlərinin iştirakı ilə Polis Şöbəsinə gətiriliblər. Valideynlər və azyaşlılarla profilaktik söhbətlər aparılıb. Övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu onların diqqətinə çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

"Bir daha vurğulamaq istərdik ki, Bakı-Sumqayıt sürət qatarının keçdiyi xətt üzrə sərnişinlərin narahatçılığına səbəb olan əməllər təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində də polis əməkdaşları tərəfindən ciddi tədbirlər görüləcək", - DİN-in məlumatında deyilir.

Son xəbərlər

Orphus sistemi