Şüvəlan çimərliyində batan gəncin meyti tapılıb

Hadisə
  • 17 avqust, 2016
  • 13:49
Şüvəlan çimərliyində batan gəncin meyti tapılıb

Bakı. 17 avqust. REPORT.AZ/ Şüvəlan çimərliyində batan gəncin meyti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, avqustun 16-da Bakı şəhəri, Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 4 km aralı nəzarətsiz ərazidə) batan 1985-ci il təvəllüdlü, Əliyev Amil Atamoğlan oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, avqustun 16-da Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini Vüsal Qədirov və Masallı rayon sakini Amil Əliyev çimərkən boğulub. V.Qədirovun meyiti sudan çıxarılsa da A.Əliyevin meyitini tapmaq mümkün olmamışdı.