Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb Sürücülük vəsiqəsi düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluqda və rüşvətə təhrik etmədə təqsirli bilinərək azadlıqdan məhrum edilən Azər Əzizovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Hadisə
6 İyun , 2019 18:01
Dələduzluqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Sürücülük vəsiqəsi düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluqda və rüşvətə təhrik etmədə təqsirli bilinərək azadlıqdan məhrum edilən Azər Əzizovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, şikayətə Sumqayıt Apellyasiya Məhkəməsində baxılır. Hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

Şikayət A.Əzizovun  4 il 8 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilib. 

İttihama əsasən, əvvəllər dörd dəfə məhkumluq həyatı yaşamış A.Əzizov qonşusu, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət aparan, kapitan Səməd Səmədovun qardaşı Füzuli Səmədliyə pul müqabilində sürücülük vəsiqəsi düzəldə biləcəyini deyib. O, Respublika Dövlət Yol Polisi İdarəsində işləyən tanışları vasitəsilə bu işi görəcəyini bildirərək sonuncudan 860 manat məbləğində pul alıb, lakin sonradan vədinə əməl etməyib.

Bundan başqa, A.Əzizov təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə S.Səmədovun tanışı Mərdan Məhərrəmovdan 60 manat müqabilində guya sürücülük kursunda iştirak etdiyi barədə qanunsuz sənəd hazırlamaq, 800 manat isə sürücülük vəsiqəsi düzəltmək üçün pul alıb. A.Əzizov bu yolla, ümumilikdə, 10-dan çox adamın pulunu alaraq dələduzluq edib. 

O, Cinayət Məcəlləsinin 178.3.2. (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312-ci (həm də rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirli bilinib. 

Son xəbərlər

Orphus sistemi