Goranboyda inzibati binadan oğurluq edilib, saxlanılan var

Goranboyda inzibati binadan oğurluq edilib, saxlanılan var Goranboyda inzibati binalardan birindən oğurluq edən şəxs saxlanılıb.
Hadisə
6 May , 2024 18:00
Goranboyda inzibati binadan oğurluq edilib, saxlanılan var

Goranboyda inzibati binalardan birindən oğurluq edən şəxs saxlanılıb.

"Report"un Qərb bürosuna Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional qrupundan verilən məlumata görə, Goranboy rayonunda yerləşən inzibati binalardan birindən 880 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Həyata keçirilən tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən, binanın mühafizəçisi Elşən Cəlilov saxlanılıb", - deyə məlumatda bildirilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Son xəbərlər

Orphus sistemi