Suraxanı rayonunda yol qəzasında piyadanın beli sınıb

Suraxanı rayonunda yol qəzasında piyadanın beli sınıb Bakının Suraxanı rayonunda 32 yaşlı kişini avtomobil vurub, piyadanın beli sınıb.
Hadisə
3 Fevral , 2023 03:40
Suraxanı rayonunda yol qəzasında piyadanın beli sınıb

Bakının Suraxanı rayonunda 32 yaşlı kişini avtomobil vurub, piyadanın beli sınıb.

“Report”un məlumatına görə, 1991-ci il təvəllüdlü Yusubzadə Tahir Mahir oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi