Sumqayıtda silah-sursat tapılıb

Sumqayıtda silah-sursat tapılıb Hazırda polislər silah sursatın əraziyə kim tərəfindən atılmasını araşdırır
Hadisə
3 Sentyabr , 2014 14:01
Sumqayıtda silah-sursat tapılıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində xeyli sayda silah-sursat aşkar edilib. Daxili İşlər Nazirliyindən Report-a bildirilib ki, silah-sursat Stansiya Sumqayıt qəsəbəsinin ərazisində aşkarlanıb.

Daxil olan məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən qəsəbə ərazisinə baxış keçirib. Burada “AKM” markalı silah, 1 ədəd “F-1” əl qumbarası və 1 ədəd mərmi tapılıb. Hazırda polislər silah sursatın əraziyə kim tərəfindən atıldığını araşdırır.  

İngilis versiyası Weapons found in Sumgayit

Son xəbərlər

Orphus sistemi