Sumqayıtda qanunsuz tikintinin qarşısı ikinci dəfə alınıb, obyekt yenidən sökülüb

Sumqayıtda qanunsuz tikintinin qarşısı ikinci dəfə alınıb, obyekt yenidən sökülüb Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Hadisə
31 Yanvar , 2023 10:50
Sumqayıtda qanunsuz tikintinin qarşısı ikinci dəfə alınıb, obyekt yenidən sökülüb

Sumqayıtda qanunsuz tikintinin qarşısı ikinci dəfə alınıb, obyekt yenidən sökülüb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti bir müddət əvvəl Sumqayıt şəhəri, 1-ci mikrorayon, Sülh küçəsində müvafiq icazəverici sənədləri olmadığına, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulduğuna görə tikintisi dayandırılmış obyektdə günün qaranlıq vaxtından və qeyri-iş günlərindən istifadə edərək yenidən tikinti işlərinin aparılması faktı aşkar edib.

Müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı yenidən alınıb və obyekt sökülüb.

Son xəbərlər

Orphus sistemi