Sumqayıtda qadına qarşı soyğunçuluq edən şəxslərin cəzaları azaldılıb

Sumqayıtda qadına qarşı soyğunçuluq edən şəxslərin cəzaları azaldılıb Birinci instansiya məhkəməsinin çıxardığı hökm isə dəyişdirilib
Hadisə
26 Avqust , 2017 15:21
Sumqayıtda qadına qarşı soyğunçuluq edən şəxslərin cəzaları azaldılıb

Bakı. 26 avqust. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Zamin Haqverdiyev və Namiq Əkbərovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm isə dəyişdirilib.

Belə ki, Z.Haqverdiyev və N.Əkbərovun 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib.

Qeyd edək ki, hadisə 2016-cı ilin iyul ayının 18-də Sumqayıt şəhərində baş verib. Z.Haqverdiyev və N.Əkbərov Nəsibə Nurəliyevaya məxsus 500 manat dəyərində olan qızıl boyunbağını soyğunçuluq yolu ilə ələ keçiriblər.

Daha sonra hər iki şəxs Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) 1-ci Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılıblar.

Onlar Cinayət Məcəlləsinin 180.2.1-ci (soyğunçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 180.2.4-cü (soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Haqverdiyev və N.Əkbərovun hər biri 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi