Sumqayıtda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - Yenilənib
- 22 yanvar, 2026
- 00:38
Sumqayıtda baş verən qəza zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Sumqayıt Tibb Mərkəzindən "Report"un yerli bürosuna bildirilib ki, 21.01.2026-cı il tarixində saat 23:00 radələrində Sumqayıt şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (kişi) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Yaralılara bədənin və başın müxtəlif nahiyələrinin travmaları, qasıq sümüyünün sınığı, döş qəfəsinin əzilmiş yarası diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən 2003-cü il təvəllüdlü pasiyentin müalicəsi reanimasiya şöbəsində, vəziyyətləri stabil qiymətləndirilən 1988-ci il və 2003-cü il təvəllüdlü şəxslərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.
2026-01-21-23:10
Sumqayıt şəhərində minik avtomobilləri toqquşub, xəsarət alanlar var.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə Niyazi küçəsində qeydə alınıb.
Belə ki, "Kia Sorento" və "Mercedes" markalı minik avtomobilləri toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.