Sumqayıtda “Milli ön”dən pul oğurlamaq istəyən şəxslər saxlanılıb

Sumqayıtda “Milli ön”dən pul oğurlamaq istəyən şəxslər saxlanılıb Martın 24-də saat Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində “Milli ön” ödəmə terminallarının birindən qapının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilib
Hadisə
25 Mart , 2021 12:37
 Sumqayıtda “Milli ön”dən pul oğurlamaq istəyən şəxslər saxlanılıb

Martın 24-də saat Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində “Milli ön” ödəmə terminallarının birindən qapının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H.QuluzadəF.Məmmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi