Sumqayıtda mərasim evindən oğurluq olub

Sumqayıtda mərasim evindən oğurluq olub Bakı. 7 aprel. REPORT.AZ/ Sumqayıtda oğurluğa görə saxlanılan şəxslərin digər cinayətlər törətdiyi məlum olub.
Hadisə
7 Aprel , 2018 11:19
Sumqayıtda mərasim evindən oğurluq olub

Bakı. 7 aprel. REPORT.AZ/ Sumqayıtda oğurluğa görə saxlanılan şəxslərin digər cinayətlər törətdiyi məlum olub. 

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb. 

Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki sexlərin birindən təmir-tikinti aləti və akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş İlkin Feyziyev və Amil Rüstəmov saxlanılıblar. 

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların digər 2 sexdən və bir mərasim evindən akkumulyator, maqnitofon, elektrik naqili və məişət əşyaları oğurladıqları müəyyən edilib. 

Son xəbərlər

Orphus sistemi