Sumqayıtda məktəbdən oğurluq edilib

Sumqayıtda məktəbdən oğurluq edilib Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir
Hadisə
11 Mart , 2016 11:53
Sumqayıtda məktəbdən oğurluq edilib

Bakı. 11 mart. REPORT.AZ/ Sumqayıtda yerləşən məktəblərdən birində oğurluq olub. "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. 

Məlumata görə, oğurluq etdiklərinə görə tutulan Mülkədar Rəhimovun və Əkbər Rəhimovun ətrafında Kriminalistik Tədqiqatlar İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların martın 1-də Sumqayıt şəhərindəki 42 saylı orta məktəbdən noutbuk və seyfdən pul oğurlamaları da müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi