Sumqayıtda iki piyadanı maşın vurub

Sumqayıtda iki piyadanı maşın vurub Hadisə 9-cu mikrorayon ərazisində baş verib
Hadisə
27 Aprel , 2018 08:20
Sumqayıtda iki piyadanı maşın vurub

Sumqayıt. 27 aprel. REPORT.AZ/ Sumqayıt şəhərində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, 1987 və 1989-cu il təvəllüdlü şəhər sakinləri Ababalıyev Ağabəy Novruzbəy oğlu və Əliyev Xasay Niftalı oğlu 9-cu mikrorayon ərazisində yolu keçmək istəyən zaman onları naməlum avtomobil vurub.

Hər iki şəxs müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. Müayinə olunan şəxslər ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi