Sumqayıtda iki avtomobil toqquşdu, xəsarət alan var

Sumqayıtda iki avtomobil toqquşdu, xəsarət alan var Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
3 İyul , 2020 21:30
Sumqayıtda iki avtomobil toqquşdu, xəsarət alan var

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə şəhərin "Azərbaycan" küçəsində qeydə alınıb.

Belə ki, “50-DK-964” dövlət nömrə nişanlı "Opel" markalı avtomobil qarşıdan gələn “50-DF-321” dövlət nömrə nişanlı "VAZ-2104" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “Opel” markalı avtomobilin sürücüsü xəsarət alıb.

Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.

Son xəbərlər

Orphus sistemi