Sumqayıtda ev yiyəsi beton hasarın altında qalaraq ölüb - YENİLƏNİB

Sumqayıtda ev yiyəsi beton hasarın altında qalaraq ölüb - YENİLƏNİB Sumqayıt şəhərində BTZ bağları adlanan ərazidə uçan hsarın altında qalaraq ölən şəxsin adı məlum olub.
Hadisə
193
12 Sentyabr , 2019 21:31
Sumqayıtda ev yiyəsi beton hasarın altında qalaraq ölüb - YENİLƏNİB

Sumqayıt şəhərində "BTZ" bağları adlanan ərazidə uçan hsarın altında qalaraq ölən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini, 1956-cı il təvəllüdlü Babayev Mirayaz Məhərrəm oğlu beton hasarın uçması nəticəsində altında qalaraq ölüb.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


*** 19:41

Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, "BTZ" bağları adlanan ərazidə hasar uçub. Nəticədə bir nəfər hasarın altında qalaraq ölüb.

Hadisə yerinə hüquq mühafizə orqanalrının əməkdşaları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi