Sumqayıtda əmi qardaşı oğlu tərəfindən döyülüb

Sumqayıtda əmi qardaşı oğlu tərəfindən döyülüb Sumqayıt şəhərində döyülmə hadisəsi baş verib.
Hadisə
14 Aprel , 2019 09:21
Sumqayıtda əmi qardaşı oğlu tərəfindən döyülüb

Sumqayıt şəhərində döyülmə hadisəsi baş verib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

Belə ki, əmi ilə qardaşı oğlu arasında düşən mübahisə sonda döyülmə ilə nəticələnib. 1962-ci il təvəllüdlü Yaşar Şahverdiyev öz evində qardaşı oğlu tərəfindən döyülüb. Xəsarət alan Y.Şahverdiyev xəstəxanaya gətirilib və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Sumqayıtda 22 yaşlı gənc intihar edib.

Son xəbərlər

Orphus sistemi