Sumqayıtda əcnəbi vətəndaşa məxsus çanta oğurlanıb

Sumqayıtda əcnəbi vətəndaşa məxsus çanta oğurlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
24 Avqust , 2017 12:09
Sumqayıtda əcnəbi vətəndaşa məxsus çanta oğurlanıb

Bakı. 24 avqust. REPORT.AZ/ Sumqayıtda əcnəbi vətəndaşa məxsus çantanı oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 10-da əcnəbi vətəndaşa məxsus içərisində 100 manat pul, qızıl əşyalar, mobil telefon və eynək olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vladislav İsmayılov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi